Bakıda bir gecədə iki qadını maşın vurdu » Memur.az

Bakıda bir gecədə iki qadını maşın vurdu

Bakıda bir gecədə iki qadını maşın vurduBakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Oxu.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum avtomobil piyada, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir hadisə isə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızını vurub.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.