Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək həlak oldu » Memur.az

Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək həlak oldu

Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək həlak olduBakıda fəhlə işləyən Şirvan sakini hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Oxu.Az-ın Aran bürosu xəbər verir ki, Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Hüseynov Şahin Hafiz oğlu yeni tikilən hündürmərtəbəli binada işləyərkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan şaxtaya düşüb. Gənc fəhlə hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti doğulduğu Şirvan şəhərinə gətirilərək qəbristanlıqda torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.