Sərhəd yaxınlığında qorxunc mənzərə » Memur.az

Sərhəd yaxınlığında qorxunc mənzərə

Sərhəd yaxınlığında qorxunc mənzərəLerikdə 40 yaşlı kişinin meyiti tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi verdiyi məlumata görə, rayonun Mistan kəndi yaxınlığındakı yaylaq ərazidə tanınmaz hala düşən kişi meyiti aşkar olunub.

Məlum olub ki, meyit bu ilin fevral ayında itkin düşən Lerik rayonu Tatoni sakini 40 yaşlı Abil Rəvvaq oğlu İsmayılova aiddir. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.