Lənkəranda 20 yaşlı gənci maşın vurdu » Memur.az

Lənkəranda 20 yaşlı gənci maşın vurdu

Lənkəranda 20 yaşlı gənci maşın vurduLənkəranda baş verən yol qəzasında 20 yaşlı piyada ağır yaralanıb.

Memur.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xolmili kəndində baş verib.

Arzu adlı sürücü idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçmək istəyən 20 yaşlı Fərman Səfərovu vurub. Sürücünün köməyi ilə yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan F.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.