Prezident İlham Əliyev Avropa Şurası Nazirlər Kabinetinin sədrini qəbul edib » Memur.az

Prezident İlham Əliyev Avropa Şurası Nazirlər Kabinetinin sədrini qəbul edib

Prezident İlham Əliyev Avropa Şurası Nazirlər Kabinetinin sədrini qəbul edib

Prezident İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirilib. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib. Belçika şirkətlərinin ölkədəki uğurlu fəaliyyətinin önəmi vurğulanıb. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.