8 yaşlı oğlan benzin içib öldü - AZƏRBAYCANDA » Memur.az

8 yaşlı oğlan benzin içib öldü - AZƏRBAYCANDA

8 yaşlı oğlan benzin içib öldü - AZƏRBAYCANDA

Ağcabədi rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatları məlum olub. Lent.az-ınəldə etdiyi məlumata görə, Hindarx qəsəbəsində benzin içərək ölən Cəsarət Cəfərovun 8 yaşı varmış. Orta məktəbin 2-ci sinif şagirdi olan C.Cəfərov atasının avtomobilinin baqajında saxlanılan ehtiyat benzini içib.

Bildirilir ki, benzinə qırmızı rəngli qatqı vurulduğundan azyaşlı onu şirə hesab edib və başına çəkib. Hadisədən xəbər tutan uşağın valideynləri Cəsarəti xəstəxanaya aparsa da, artıq gec olub.


*****

13:34

Ağcabədi rayonunun Hindarx qəsəbəsində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 26-da qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar aparılır.