Ağcabədidə evə ilanlar daraşıb » Memur.az

Ağcabədidə evə ilanlar daraşıb

Ağcabədidə evə ilanlar daraşıb

Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb.


Lent.az-ın “report”a istinadən xəbərinə görə, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.


Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.
“Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb”, - deyə M.Aslanov bildirib.
Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.