Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul apardılar » Memur.az

Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul apardılar

Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul apardılar

“Toyota Prado”nun şüşəsi sındırılıb

Aprelin 20-də Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Neapol küçəsi 26 ünvanının qarşısında baş verib. Həmin ünvanda yerləşən binada yaşayan 1971-ci il təvəllüdlü Bağırov Fikrət Əli oğlu 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər ona məxsus olan “Toyota Prado” markalı, 90 SM 393 nömrə nişanlı avtomobilin yan şüşəsini sındırıb. Avtomobildən 22 min dollar, eləcə də 500 manat oğurlanıb.


Bildirilir ki, hadisə F.Bağırov evdə olarkən baş verib. Sürücü aprelin 19-da maşını parkinq edib. Dünən səhər o, avtomobilinə yaxınlaşdıqda şüşənin sındırıldığını görüb.

Qeyd edək ki, F.Bağırov biznes fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə iş başlanılıb.