Florida sakinlərinə zombi hücumu xəbərdarlığı » Memur.az

Florida sakinlərinə zombi hücumu xəbərdarlığı

Florida sakinlərinə zombi hücumu xəbərdarlığıABŞ-ın Florida ştatının Leyk Uort şəhərinin sakinlərinə səhvən zombi hücumu barədə bildiriş göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Palm Beach Post” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bildirişlər bazar günü gecə saatlarında şəhərdə elektrik təchizatının kəsilməsindən sonra 7800-ə yaxın insana göndərilib.

Yerli hökumət baş vermiş insidentə görə, üzrxahlıq edərək, bildirişlərin qəsdən göndərilmədiyini söyləyib.

“Bildirmək istəyirəm ki, Leyk Uortedə heç bir zombi aktivliyi yoxdur, bu bildirişə görə sizdən dönə-dönə üzr istəyirik”, - deyə meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ben Kerr bildirib.

Memur.az