"Maşın" şou ANS-də » Memur.az

"Maşın" şou ANS-də

"Maşın" şou ANS-də

Əməkdar artist Murad Dadaşovun “Maşın” realiti-şousu yenidən yayıma hazırlaşır.
Axşam.az-ın məlumatına görə, ANS-də efirə gedəcək şounun 18 iştirakçısından bəzilərinin adları dəqiqləşib. Belə ki, yarışmada bu günə kimi olan ən səs-küylü iştirakçılar seçilib, yenidən bir araya gətiriləcək.

Mayın 9-da efirə gedəcək “Maşın”da xalq artisti Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, Mehriban Xanlarova, müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Elçin Hüseynov, Vasif Məhərrəmli, Xatirə İslam, Rəhim Rəhimli, Roza Zərgərli, rəqqasə Oksana Rəsulova, dicey Çina, stilist Anar Ağakişiyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və başqalarının olacağı gözlənilir.

Qeyd edək ki, “Maşın” realiti-şousunun qalibləri arasında yumorist Müşfiq Şahverdiyev, aparıcı Turan İbrahimov, dicey Çina, meyxanaçı Sadıq Mustafayev, müğənni Ülvi Cəfərov və başqaları olub.