Rövnəq Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi » Memur.az

Rövnəq Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi

Rövnəq Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.İ. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azpress.Tv AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin".