Ermənilər hücuma keçdi, iki hərbçisini itirdi » Memur.az

Ermənilər hücuma keçdi, iki hərbçisini itirdi

Ermənilər hücuma keçdi, iki hərbçisini itirdi
26 aprel gecəsi Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutmasına silahlı qüvvələrimizin cavabı nəticəsində düşmən itki verib. Bunu Dağlıq Qarabağdakı separatçı rejim də təsdiqləyib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, atışma zamanı 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan məhv edilib.

Dağlıq Qarabağdakı xunta rejiminin “müdafiə nazirliyi” öldürülən hərbçilərin ailəsinə başsağlığı verib. Separatçı qurum öz açlıqlamasında iddia edib ki, Azərbaycan Ağdərə və Madaqis yaşayış məntəqələrini də atəşə tutub. Ancaq Azərbaycan Müdafiə Nazirliyi artıq düşmənin iddialarını rədd edərək onun gecə yarısından başlayaraq yaşayış məntəqələrimizi ağır silahlardan və mərmilərdən atəşə tutduğunu, baş verənlərə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edib.