Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb » Memur.az

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Bakıda yol qəzası baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Sürücüsü hələlik məlum olmayan 86 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Kia” markalı avtomobil toqquşub.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti alıb. O, Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.