Bakı metrosunda soyğunçuluq edən şamaxılı saxlanıldı » Memur.az

Bakı metrosunda soyğunçuluq edən şamaxılı saxlanıldı

Bakı metrosunda soyğunçuluq edən şamaxılı saxlanıldı

BPİ məlumat yaydı.

Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub.

Bakı şəhəri Baş Polis İdarəsindən Memur.Az-a verilən məlumata görə, oktyabrın 29-da metronun 28 May stansiyasında Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıblar.

Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.