Mehman Hüseynov yenə saxlanıldı və buraxıldı » Memur.az

Mehman Hüseynov yenə saxlanıldı və buraxıldı

Mehman Hüseynov yenə saxlanıldı və buraxıldı

Bloqçu, reportyor Mehman Hüseynov sentyabrın 6-da Sabunçu rayonunda ASAN Xidmətdən şəxsiyyət vəsiqəsini almaq istəyərkən polis tərəfindən saxlanılıb.

Bu barədə Azadlıq Radiosuna Mehman Hüseynovun özü məlumat verib. O, 13-cü polis bölməsinə aparılıb.

Bir neçə saatdan sonra sərbəst buraxılan Hüseynova bölmə əməkdaşları bildiriblər ki, saxlanılmasına səbəb Səbayel Rayonu Polis İdarəsi tərəfindən ona “stop” qoyulmasıdır.

Bloqçunun dediyinə görə, bölmədə ondan iltizam alınıb və sərbəst buraxılıb. Başqa sözlə, M.Hüseynov sentyabrın 7-də Səbayel polisinə bir daha getməlidir.

Mehman Hüseynov şəxsiyyət vəsiqəsinin bir il əvvəl saxta ittihamla Xətai Rayon Polis İdarəsi tərəfindən əlindən alınaraq ləğv olunduğunu iddia edir.

ASAN Xidmətə də yeni şəxsiyyət vəsiqəsi almaq məqsədilə müraciət edib. 3 gün əvvəl ona yeni vəsiqənin alınmasında heç bir problemin olmadığı deyilsə də, sentyabrın 6-da quruma müraciət edən bloqçu vəsiqəni ala bilməyib.

Olaya rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.