DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb
hadise
3-12-2024, 10:24
62

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, Sumqayıtın 13-cü mikrorayonunda partlayış nəticəsində bir neçə nəfərin yaralanıb.