Yevlaxda 7 nəfərdən ibarət cinayətkar dəstə ələ keçib » Memur.az

Yevlaxda 7 nəfərdən ibarət cinayətkar dəstə ələ keçib

 Yevlaxda 7 nəfərdən ibarət cinayətkar dəstə ələ keçib

Onlardan 5-i keçmiş məhkumdur

Yevlaxda 7 nəfərdən ibarət cinayətkar dəstə ələ keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meyilli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.
Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.