Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildi » Memur.az

Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildi

Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildiRusiya tarixində ilk dəfə Koreya vətəndaşı casusluğa görə həbs edilib.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Rusiya tarixində casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılan ilk Koreya vətəndaşı Vladivostokdan Moskvaya köçürülüb.
“Casusluqla bağlı cinayət işinin istintaqı çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Koreya Respublikasının vətəndaşı Pek Von Aun müəyyən edilərək saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Vladivostokda saxlayıblar və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, istintaq əməliyyatlarının aparılması üçün Vladivostokdan Moskvaya aparılıb”, - deyə məlumatda qeyd edilib.

Mənbə: TASS