Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU
hadise
19-10-2023, 15:15
271
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, S.Kərimov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü S.Kərimovun 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovu küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Kərimov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
