İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır » Memur.az

İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır

İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayırİsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb.

Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.

Onun sözlərinə görə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində yeraltı tunellər qazıb.
SAXAL sözçüsü bildirib ki, yaraqlılar tunellərdən yüklərin daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə ediblər.

“İsrail Hərbi Hava Qüvvələri Qəzzanın bir çox hissələrinə zərbələr endirirlər. Biz ilk növbədə HƏMAS-ın yuxarı eşelonlarında təmsil olunan komandirlərə və təşkilatın liderlərinə zərbə vururuq”, - SAXAL sözçüsü əlavə edib.