Masallıda yaşlı kişi intihar edib
hadise
31-07-2023, 09:08
218

APA-nın məlumatına görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962-ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev yaşadığı ünvanda bədənin müxtəlif nahiyələrinə xəsarət yetirərək intihar edib. O, aldığı xəsarətlərdən ölüb.
A.Tağıyevin intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.