Masallıda yaşlı kişi intihar edib
31-07-2023, 09:08
Masallıda 61 yaşlı kişi özünə xəsarət yetirərək həyatına son qoyub.
APA-nın məlumatına görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962-ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev yaşadığı ünvanda bədənin müxtəlif nahiyələrinə xəsarət yetirərək intihar edib. O, aldığı xəsarətlərdən ölüb.
A.Tağıyevin intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://memurtv.az/hadise/11719-masallida-yashli-kishi-intihar-edib.html