Hadisə Bakıda avtomobil 42 yaşlı qadını vurub 25-05-2023, 09:30 309 A- A+ Bakının Sabunçu rayonunda 42 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Leyla Balamməd qızı Mirzəliyevanı vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Hadisənin təfərrüatı araşdırılır.