Abşeronda zəncirvari qəza olub, ölən var » Memur.az

Abşeronda zəncirvari qəza olub, ölən var

Abşeronda zəncirvari qəza olub, ölən varAbşeron rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

“Trend”in məlumatına görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib. İlkin Məmməd oğlu Əbilovun idarə etdiyi “Opel Combo” markalı, 77-XN-342 dövlət qeydiyyat nişanlı, Səxavət Qüdrət oğlu Mürvətovun idarə etdiyi VAZ-2107 markalı, 90-VZ-093 dövlət qeydiyyat nişanlı və Sevinc Vilayət qızı Zeynalovanın idarə etdiyi “Nissan Micra” markalı, 77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Sevinc Zeynalova Bakı, şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.