Bakıda 51 yaşlı kişini avtomobil vurub
hadise
3-04-2023, 14:37
261

“Report”un məlumatına görə, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Nəsirov İrza Nadir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.