"Qurd qapısı" qəbiristanlığında da yanğın baş verib » Memur.az

"Qurd qapısı" qəbiristanlığında da yanğın baş verib

"Qurd qapısı" qəbiristanlığında da yanğın baş verib

Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında da yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYNX) Bakı şəhəri Səbail rayon Dövlət Yanğından Mühafizə hissəsindən (DYMH) məlumat verilib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Qəbiristanlıq həm Yasamal, həm də Səbail rayonlarının ərazisində yerləşdiyi üçün yanğının söndürlməsinə hər iki rayonun yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər olunub.

İlkin məlumata görə qəbrisitanlıq ərazisində kol-kosun yanması ilə yanğının genişlənməsi müşahidə olunur.

Yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısı alınır.