Ərdoğan Adıyamanda açıqladı: Zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB » Memur.az

Ərdoğan Adıyamanda açıqladı: Zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

Ərdoğan Adıyamanda açıqladı: Zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİBTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsi olan Adıyamana səfər edib.

Türkiyə lideri burada zəlzələdən əziyyət çəkənlər üçün hazırlanmış çadır şəhərciyini ziyarət edib.

Türkiyə prezidenti burada zəlzələ nəticəsində həlak olanların son sayını da açıqlayıb.

Belə ki, zəlzələ nəticəsində Türkiyədə həlak olanların sayı ümumilikdə 18 991-ə çatıb. Yaralıların sayı isə artaraq 75 523-ə yüksəlib.

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Malatya şəhərinə də baş çəkəcək.

Mənbə: HaberTürk

10:29

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb.

Yaralıların son açıqlanan sayı isə 74 242 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

Mənbə: Anadolu