ADY-yə məxsus iki vaqonda yanğın olub » Memur.az

ADY-yə məxsus iki vaqonda yanğın olub

ADY-yə məxsus iki vaqonda yanğın olubBakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış iki ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.