"Azerboru" ASC-də maaş qalmaqalı - ŞİKAYƏT » Memur.az

"Azerboru" ASC-də maaş qalmaqalı - ŞİKAYƏT

"Azerboru" ASC-də maaş qalmaqalı - ŞİKAYƏT

"Ramazan bayramında ailələrimiz ac qaldı”

"Azerboru" ASC-də 3 aydır, maaşlar verilmir.

Jam.Az xəbər verir ki, vətəninfo.az-ın elektron ünvanına Sumqayıtda yerləşən "Azerboru" ASC zavodundakı fəhlələrin acınacaqlı vəziyyətini ilə bağlı şikayət mətubu daxil olub.

Məlumatda qeyd edilir ki, zavodun fəhlələri çox pis, çıxilmaz vəziyyətdə qalmaqdadırlar: "Ümidimiz sizədir. Müqəddəs Ramazan bayramında ailələrimiz ac qaldı. 3 aydır maaşlar verilmir, banklara olan kredit borcumuzu vaxtında ödəyə bilmədiyimizə görə bank tərəfdən narahat olunub əlavə gecikmə faizidə alırıq. Zavod rəhbərliyi zavodun inkşafı üçün ayrılmış pulları aidiyyatı üzrə xərcləməyib. Bütün işçilər hər bir aydan bir 67%-nən evə buraxılır. Aldığımız pul 120-167manat civarındadı. Çox vaxt pulu yarı-yarı verirlər. Onda da bilmirik bankı ödəyək yoxsa, ailəmizə çörək alaq”.

Məktubda vurğulanır ki, əvvəllər zavodu zəbt edən idarə heyyəti yemək verirmiş: "Artıq 3aydır yemək verilmir. Zavodda ümumi işçilərdən 5% işçi saxlanılır işdə hal-hazırda, o da "BAKU STEEL COMPANY" şirkətinin zakazların yerinə yetirmək üçün. Zavod rəhbərliyinin üzvü Oqtay adlı şəxs insanlar şikayət üçün bir yerə yığılanda deyir ki, kimə sərf eləmir, işləməsin. Aydındır ki, burda məqsəd insanları bezdirib, oları iş yerlərinin tərk etməyə sövq etməkdir. Lakin bu məqsəd özü hansı böyük başqa məqsədi güdür anlamırıq. Artıq bir qism insanlar işdən çıxıblar. Biz işləyə biliriksə, biz niyə işdən çıxmalıyıq? Zavodu işlədə bilməyənlər işdən çıxsınlar. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu məsələni öz saytınızda işıqlandırın”.

Məktubda qeyd edilən iddialarla bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.