Cahangir Əsgərovun “uçan” qiyməti “yerə” endirildi » Memur.az

Cahangir Əsgərovun “uçan” qiyməti “yerə” endirildi

Cahangir Əsgərovun “uçan” qiyməti “yerə” endirildi

Bir neçə gündür ki, ölkə gündəmini tutan AZAL biletlərinin qiyməti ilə bağlı məsələ artıq öz həlllini tapmış sayılır.

Bu günün sonuna kimi AZAL rəsmi olaraq bütün istiqamətlər üzrə kəskin qiymət endirimlərini ictimaiyyətə açıqlayacaq. Qurumdan daxil olan məlumata görə, hazırda prezidentin göstərişindən sonra bütün müvafiq dövlət qurumlarının iştirakı ilə AZAL-da başlayan təhlil-yoxlama-müqayisə işləri başa çatmaq üzrədir. Bir neçə saatdan sonra AZAL öz saytında Azərbaycandan bütün istiqamətlər üzrə qiymətlərin kəskin şəkildə ucuzlaşdığını elan edəcək və yeni qiymət cədvəli əhaliyə təqdim olunacaq. Məlumat üçün bildirək ki, artıq AZAL-ın saytının da fəaliyyəti müvəqqəti dayandırılıb və sayt yeni qiymətlərlə işə düşəcək.AZAL-dan o da bildirilib ki, qarşıdakı günlər üçün alınmış biletlər qaytarılıb yeni qiymətli biletlərlə dəyişdirilə bilər. Hal-hazırda aviakassalar da fəaliyyətlərini müvəqqəti dayandırıb və yeni qiymətlərin açıqlanmasını gözləyirlər. Mövzu diqqətimizdədir, yeni qiymətlər açıqlanan kimi sizə təqdim edəcəyik.