Yunanıstanda tarixi referendum keçirilir » Memur.az

Yunanıstanda tarixi referendum keçirilir

Yunanıstanda tarixi referendum keçirilir

Bu gün Yunanıstanda ölkənin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirilir. Lent.az-ın məlumatına görə, Yunanıstanın hazırki hökumətinin taleyi və iqtisadiyyatın kreditorlardan asılılığı məhz bu səsvermənin nəticələrindən sonar məlum olacaq.

Bu arada hökumət rəhbəri, baş nazir Çipras yunan xalqını beynəlxalq kreditorların ağır borc şərtlərinə “yox” deməyə səsləyib.

Bildirilir ki, Yunanıstan böhranlı vəziyyətdən çıxmaq üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cü ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.

Qeyri-stabil maliyyə vəziyyəti ilə əlaqədar ölkədə kommersiya banklarının müvəqqəti olaraq fəaliyyətləri dayandırılıb. Hökumət bankların iyul ayının 7-sində fəaliyyətə başlayacağını deyib.