Yaponiyada fövqəladə vəziyyət ləğv edildi » Memur.az

Yaponiyada fövqəladə vəziyyət ləğv edildi

Yaponiyada fövqəladə vəziyyət ləğv edildiYaponiya hökuməti koronavirus epidemiyasına görə elan edilmiş fövqəladə vəziyyəti rejimini ləğv edib.

Bu barədə TASS məlumat yayıb.

Bu gündən ölkənin beş prefekturasında - Tokio, Kanaqava, Saytama, Tiba və Hokkaydo fövqəladə vəziyyət rejimi ləğv olunub.

“Fövqəladə vəziyyət rejimi bütün ölkə üzrə ləğv olunur”, - deyə Yaponiyanın Baş naziri Şinzo Abe bildirib.

Xatırladaq ki, buna qədər 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi aradan qaldırılmışdı.