Filippində zəlzələ baş verib » Memur.az

Filippində zəlzələ baş verib

Filippində zəlzələ baş veribFilippinin şərqində 5,7 maqnitudasında zəlzələ baş verib.

“RİA Novosti” xəbər verir ki, zəlzələ yerli vaxtla saat 05:19-da qeydə alınıb.

Episentr Leyte əyalətində yerləşən Kapukan munisipalitetinin şimal-qərbindən səkkiz kilometr uzaqlıqda 13 kilometr yerin altında qeyd edilib.

ABŞ-ın Geoloji xidmətinin məlumatına əsasən,  zəlzələ 5,5 maqnitudasında olub.

Zəlzələnin qurbanları və dağıntılar haqda məlumat yoxdur.