Türkiyə cavab verdi: 76 suriyalı hərbçi öldürüldü » Memur.az

Türkiyə cavab verdi: 76 suriyalı hərbçi öldürüldü

Türkiyə cavab verdi: 76 suriyalı hərbçi öldürüldüTürkiyə İdlibdə hərbçilərinin atəşə tutulmasına cavab olaraq, 76 suriyalı əsgərin öldürüldüyünü elan edib.

NTV telekanalı məlumat verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.

Onun sözlərinə görə, Bəşər Əsəd ordusunun 54 hədəfinə havadan zərbələr endirilib.

Qeyd edək ki, iki gün öncə İdlib bölgəsində Suriya ordusu tərəfindən edilən artilleriya atışları nəticəsində Türkiyə ordusunun dörd əsgəri həlak olub.