“Sərxoşlar ölkəsi” bəlli oldu » Memur.az

“Sərxoşlar ölkəsi” bəlli oldu

“Sərxoşlar ölkəsi” bəlli olduEkspertlər dünyanın ən çox spirtli içki qəbul edən ölkələrinin adlarını açıqlayıb.

Statistikada ilk yeri Litva tutur. Burada adambaşına ildə orta hesabla 12,3 litr spirtli içki düşür.

Maraqlıdır ki, İndoneziyada, demək olar ki, spirtli içki qəbul etmirlər. Bu ölkədə adambaşına düşən spirtli içki cəmi 0,3 litr təşkil edir.

İlk beşlikdə olan “sərxoşlar ölkəsi”nə Litva (12,3 litr), Avstriya (11,8 litr), Fransa (11,7 litr), Çexiya (11,6 litr), Lüksemburq (11,3 litr) daxildir.

Rusiya ilk beşliyə daxil deyil. O, adam başına 11,1 litr spitli içki düşməklə, Macarıstanla eyni yeri paylaşaraq, sıranın yeddincisidir.