Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı » Memur.az

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldıAzərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub.

“Report”un xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

V.İsgəndərovanın Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.