Məktəbli qız özünü partlatdı: 7 ölü, 31 yaralı » Memur.az

Məktəbli qız özünü partlatdı: 7 ölü, 31 yaralı

Məktəbli qız özünü partlatdı: 7 ölü, 31 yaralı

Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərinin avtovağzalında kamikadze qız terror aktı törədib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.

Məlumata görə, üzərinə partlayıcı qurğu quraşdırılmış 12 yaşlı qız avtovağzalda izdihama yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.

Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.