Rusiya Müdafiə Nazirliyinin helikopteri qəzaya uğradı » Memur.az

Rusiya Müdafiə Nazirliyinin helikopteri qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyinin helikopteri qəzaya uğradıRusiya Müdafiə Nazirliyinin Mi-8 hərbi helikopteri Saratov vilayətində, Sokol qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.

Lenta.ru xəbər verir ki, helikopter aerodromdan qalxdıqdan sonra sərt eniş etmək istəyib, lakin yerə dəyərək alışıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Üç nəfərdən ibarət Mi-8 ekipajı helikopteri təhlükəsiz şəkildə tərk edə bilib. Helikopterdə başqa sərnişin olmayıb.

İlkin ehtimala görə, qəzaya şassi dayaqlarından birinin qırılması səbəb olub.