Ciqan Floridada qalıb » Memur.az

Ciqan Floridada qalıb

Ciqan Floridada qalıbRusiyalı repçi Ciqan ABŞ-ın Florida ştatında ailəsi ilə birlikdə qapalı qalıb.

"RİA Novosti"nin məlumatına görə, bu barədə reper özü “İnstagram” səhifəsindən açıqlama verib.

ABŞ-ı cənginə alan "Dorian" qasırğası səbəbindən Flordiada bir adada köməksiz qalan repçi hələlik çıxışın mümkün olmadığını deyib.

Maraqlıdır ki, Ciqan ortancıl qızı Leyanın doğum gününü qeyd etmək üçün adadan ayrılmaq istəsə də, "Dorian" onlara belə imkan verməyib.

"Burada kiçik nəsə etmək istəyirdik, amma qasırğanın şüddəti üçüncü dərəcədədir. Mağazalar işləmir, küçəyə çıxmaq olmur, hər şey qapadılıb", - deyə repçi yazıb.

Qeyd edək ki, sinoptiklərin proqnozuna görə, qasırğa bu gün adadan uzaqlaşmalıdır.