Vyanada güclü partlayış baş verib » Memur.az

Vyanada güclü partlayış baş verib

Vyanada güclü partlayış baş veribAvstriyanın paytaxtı Vyana şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində 12 nəfərin yaralandığı bildirilir.

Partlayış şəhərin Presqas küçəsində yerləşən yaşayış binasında, Bakı vaxtı ilə saat 18:30-da baş verib. Hadisə nəticəsində iki bina zədələnib, digərində isə bir neçə mərtəbə aşıb.

Əraziyə cəlb olunmuş 50-dən çox polis işçisi sakinləri təxliyə edib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.