Fransada 17 yaşlı oğlan 6 nəfəri girov götürdü » Memur.az

Fransada 17 yaşlı oğlan 6 nəfəri girov götürdü

Fransada 17 yaşlı oğlan 6 nəfəri girov götürdüTuluz şəhərinin şimal-qərbində yerləşən Blanyak kommunasında bar-tütün satış məntəqəsində girov götürülən 6 nəfərdən 2-si azad edilib.

Girov götürən şəxs Blanyakın 17 yaşlı sakinidir. Hazırda 4 girov qadının azad edilməsi üçün əməliyyat aparılır.

Girov götürən şəxs özünü “sarı jiletlilər”in silahlı qanadının üzvü adlandırıb. Polis artıq bir neçə saatdır danışıqlar aparsa da, o girov götürməsinin səbəbləri və nə istəməsi barədə danışmayıb. Hökumət hadisənin terrorla əlaqəsinin olmadığını bildirir.

Girov götürən şəxs iki dəfə polisə atəş açıb. Onun hadisə yerinə motosikletdə gəldiyi, başına isə kameralı motosiklet şlemi geydiyi bildirilib.