Polis Sarkisyanın qardaşı və qardaşı qızını axtarır » Memur.az

Polis Sarkisyanın qardaşı və qardaşı qızını axtarır

Polis Sarkisyanın qardaşı və qardaşı qızını axtarırErmənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırmaqda ittiham edilərək barəsində axtarış elan edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.

Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan barəsində də axtarış elan edilib.

Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmə qərarı çıxarıb.

Memur.az