Səudiyyə Ərəbistanında qadınlar maşın sürə biləcək » Memur.az

Səudiyyə Ərəbistanında qadınlar maşın sürə biləcək

Səudiyyə Ərəbistanında qadınlar maşın sürə biləcəkBu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.

Bu haqda Oxu.Az BBC News-a istinadla xəbər verir.

Kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.

Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2017-ci ildə qəbul edilən “Vision 2030” proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.

Memur.az