Somalidə ABŞ xüsusi təyinatlısı öldürülüb » Memur.az

Somalidə ABŞ xüsusi təyinatlısı öldürülüb

Somalidə ABŞ xüsusi təyinatlısı öldürülübSomalidə “Əş-Şabab” qruplaşmasının hazırladıqları pusqu zamanı bir amerikalı xüsusi təyinatlı hərbi qulluqçu ölüb, daha dördü isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı məlumat yayıb.

Hadisə ötən cümə günü baş verib. Amerika xüsusi təyinatlıları Afrikanın ən kasıb ölkələrinin birinin şərqində yerli ordunun yaraqlılara qarşı reydinə dəstək verirdi.

Terrorçular Camame rayonunda müdafiə postunu minaatanlar atəşə tutublar. Bundan sonra ABŞ-Somali qüvvələri qonşu yaşayış məntəqəsinə çəkilməyə qərar veriblər, lakin yolda ekstremistlərin pusqusuna düşüblər.

Memur.az