Rəsmi Ankara Avstriyanın cavabını verdi » Memur.az

Rəsmi Ankara Avstriyanın cavabını verdi

Rəsmi Ankara Avstriyanın cavabını verdiAvstriya hökumətinin bir sıra məscidləri bağlaması və ölkədən imamların deportasiya etməsi ilə bağlı qərarı beynəlxalq hüquq normalarına, azlıqların hüquqlarının qorunması prinsiplərinə, həmçinin birgə yaşama mədəniyyətinə ziddir.

Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə XİN-nin bəyanatında deyilir.

Rəsmi Ankara Kurtz hökumətinin çıxardığı qərardan hiddətlənib.

Bəyanata görə, bu qərar uydurma bəhanə əsasında qəbul olunub və ölkəni cənginə alan diskriminasiya və irqçilik dalğasının nəticəsidir.

Ankara Avstriyalı siyasətçilərin, o cümlədən kansler Sebastyan Kurtzun islamafobiya dalğasını yatırmaq əvəzinə, bu proseslərlə avstriyalılar, xüsusilə qatı-sağçılar arasında siyasi dividentlər qazanmağa çalışdığını bildirib.

Memur.az