Babçenkoya qarşı sui-qəsdin təşkilatçısı həbs olunub – YENİLƏNİB » Memur.az

Babçenkoya qarşı sui-qəsdin təşkilatçısı həbs olunub – YENİLƏNİB

Babçenkoya qarşı sui-qəsdin təşkilatçısı həbs olunub – YENİLƏNİBKiyev məhkəməsi rusiyalı jurnalist Arkadiy Babçenkoya qarşı sui-qəsdin təşkilində şübhəli bilinən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Oxu.Az xəbər verir ki, bu haqda Ukrayna KİV-də məlumat yayılıb.

Hakim Viktoriya Svitliskinin qərarına görə, şübhəli şəxs – “Şmayser” silahını istehsal edən müəssisənin direktoru Boris Qerman - girov müqabilində şərti azadlığa çıxa bilməyəcək.

20:59

Ukraynada rusiyalı jurnalist Arkadiy Babçenkoya qarşı sui-qəsdi təşkil etməkdə şübhəli bilinən şəxsin adı Boris Lyvoviç Qermandır.

Oxu.Az xəbər verir ki, bu haqda Kiyevin Şevçenko rayon məhkəməsi məlumat yayıb.

Həmin məhkəmə prokurorluğun həmin şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qaldırdığı vəsatətə baxacaq.

İstintaq məlumatına görə, bizneslə məşğul olan B.L.Qerman Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb olunub və 30-a yaxın insanı qətlə yetirməyi planlaşdırıb. Jurnalistə qarşı “sui-qəsdin” sifarişçisinin kimliyi isə açıqlanmır.

Memur.az