Emma Çambers vəfat edib » Memur.az

Emma Çambers vəfat edib

Emma Çambers vəfat edibEmma Çambers vəfat edib
Britaniyalı aktrisa Emma Çambers 53 yaşında dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Guardian qəzetinə onun agenti Con Qrant məlumat verib.

C.Qrantın sözlərinə əsasən, aktrisa təbii səbəblərdən vəfat edib.

E.Çambers “Notting Hill” (1999-cu il) filmindəki rolundan sonra məşhurlaşıb.

O, həmçinin “The Vicar of Dibley” (1994-2007) və “How do you want me?” (1998-1999) kimi seriallarda rol alıb.

Memur.az