ABŞ-da 50 avtomobil toqquşub » Memur.az

ABŞ-da 50 avtomobil toqquşub

ABŞ-da 50 avtomobil toqquşubABŞ-da avtomagistralda 50 nəqliyyat vasitəsi toqquşub.

Memur.Az-ın məlumatına görə, bu barədə BreakingNNow xəbər verib.

Hadisə Miçiqan ştatında qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var.

Hadisəyə yolun buz bağlaması səbəb olub. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Qeyd edək ki, ABŞ-ın Detroyt və Çikaqo şəhərlərinin (Miçiqan ştatı) hava limanlarında güclü qar səbəbindən 1500-ə yaxın aviareys ləğv olunub.

Memur.az