Moskvada erməni oliqarxı həbs olundu » Memur.az

Moskvada erməni oliqarxı həbs olundu

Moskvada erməni oliqarxı həbs olunduRusiyanın paytaxtı Moskvada tanınmış biznesmen, Donbasda mülkləri olan erməni əsilli oliqarx Oleq Mkrtçyan həbs olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Moskovski komsomolets” («Московский комсомолец») nəşri yazır.

Oleq Mkrtçyan “Donbas sənaye birliyi”nin təsisçisi və rəhbəri sayılır. O, Rusiya Vnesheconombankının (Внешэкономбанк) vəsaitlərinin mənimsənilməsində ittiham olunaraq, 2 ay müddətinə saxlanılıb.

Qeyd edək ki, onun sərvəti 1.25 milyard dollar dəyərində qiymətləndirilir.

Memur.az