Tarix : 13-11-2017, 14:19 | Bölmə: dunya

 Ana səhifəDünyaAvropa13 Noyabr 2017 / 13:22  Marneuli rayonunun ilk azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli Rayon İcra Hakimiyyətinin (RİH) yeni başçısı Temur Abazov səlahiyyətlərinin icrasına başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, T.Abazovu RİH kollektivinə Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatları Tamaz Naveriani və Ruslan Hacıyev təqdim edib. Onlar yeni icra başçısına fəaliyyətində uğurlar arzu ediblər.
T. Abazov öz növbəsində ona göstərilmiş etimadı doğruldacağını bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərdə T. Abazov 69,71 faiz səslə qalib gəlib.

Oxşar xəbərlər